Fotosessiya
Fotosessiya

Dağıntılar altından çıxarılan körpəyə ad qoydu

Dağıntılar altından çıxarılan körpəyə ad qoydu

“Ahbap” dərnəyinin sədri olan müğənni Haluk Levent dağıntılar altından çıxarılan 10 günlük körpənin adını qoyub.

OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

“10 günlük körpə... Zəlzələdən xilas edilib. “Ahbap Çadırkendi”ndə yanımızda qalırlar. Ailəsi adını hələ qoymamışdıq, sən qoy dedi. Mavi adını verdim”, - deyə, Levent bildirib.

Aktrisa Hande Erçel də sözügedən paylaşıma reaksiya bildirərək, balaca Maviyə uzun, sağlam ömür diləyib.

Qeyd edək ki, Handenin bacısı qızının adı da Mavidir.