Fotosessiya
Fotosessiya

“İki sutkadır yemək yemirəm”

“İki sutkadır yemək yemirəm”

“Mən iki gündür nə yemək yeyirəm, nə də yatıram. Çox qorxaq anayam”.

OLAY yazır ki, bu sözləri instaqramda influenser Elmira Namazaova paylaşıb. O övladlarından birinin səhhətində problem yarandığını söyləyib:

“Yazıb maraqlanan hər kəsə təşəkkür edirəm. Hələ xəstəxanadayıq. Səhər tezdən sistem üçün gətirmişdik. Günorta çıxartdıq ki, evə aparaq yemək yesin, yenidən qayıdaq. O da yemək yemədi. Bütün günü cəmi bir “yogurt” yeyib. Özümü mənən çox yorğun hiss edirəm. Aylardır ki, eyni çıxmazdayam elə bil. Bu xəstəlik bitmək bilmir. İnşallah son olsun. Bir də uşaqlar xəstələnməsin. Allah hər kəsin övladını qorusun”.

Qeyd edək ki, Tural Namazovla evli olan Elmiranın iki oğlan övladı var.