Fotosessiya
Fotosessiya

Dreyk öldürülən reperə görə dindirilmək istəmədi

Dreyk öldürülən reperə görə dindirilmək istəmədi

Reper Dreyk öldürülən həmkarı XXXTentacion-un (Cahseh Dveyn Rikardo Onfroy) qətli ilə bağlı dindirilməkdən imtina edib.

OLAY yazır ki, sənətçinin bu tələbəni əvvəlki məhkəmə rədd etsə də, bu dəfə qəbul olunub.

Bİldirilib ki, Dreyk mərhumla aralarında olan keçmiş söz-söhbətə görə ifadə verməyə çağırılır. Qeyd edilib ki, ifaçı bu qətl hadisəsinin araşdırılmasında hansısa kömək edəcək bir məlumata sahib deyil.

Qeyd edək ki, sözügedən reper 2018-ci ildə güllələnərək öldürülüb.