Fotosessiya
Fotosessiya

“7 ildə sevgimi ifadə edə bilmirdim”

“7 ildə sevgimi ifadə edə bilmirdim”

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib. 

OLAY yazır ki, Röyal aktrisanın öz səhifəsində ondan bəhs edərək Əliyevanın ad günü olduğunu bildirib:

“Bir neçə il əvvəl birinə sual verdilər ki, sevgini 1 kəlimə ilə ifadə edə bilərsiniz, sizin üçün nə deməkdir? Biz o zaman 7 il idi ailə qurmuşduq. Mən “Tünüş”ə dedim ki, bu 7 ildə hələ də sevgimi sənə tam ifadə edə bilmirəm. Bu insanlar necə olur ki, 1 kəlimə ilə ifadə etməyə çalışır. Artıq 11 il oldu. Yenə də 11 ili də gecə-gündüz danışsam, ifadə edə bilmərəm, illər az gələr! Bundan sonra keçən hər il üçün də bu davam edəcək.

Niyə bunu səhifəyə yazıram? Bir var özünlə, bir də var kütlə ilə danışmaq. Bu daha çox insana rahatlıq verir! Doğum günün mübarək olsun, nur üzlü həyat yoldaşım. Yaxşı ki, doğuldun, məni seçdin. Rəbbimə həmd olsun ki, səni mənə yazdı!”.