İstanbul prokurorluğu tərəfindən barəsində istintaq başladılan musiqiçi və aparıcı Oğuzhan Uğur sərbəst buraxılıb.
OLAY yazır ki, bu barədə türk mediasında məlumat paylaşılıb.
Qeyd edək ki, Uğur Kahramanmaraş və Hatayda bənd divarlarının partlamasıyla bağlı etdiyi paylaşıma görə “ictimaiyyəti çaşdıran məlumat yaymaq”da ittiham edilmişdi.