Fotosessiya
Fotosessiya

Oğuzhan Uğur barədə istintaq başladıldı

Oğuzhan Uğur barədə istintaq başladıldı

İstanbul prokurorluğu musiqiçi və aparıcı Oğuzhan Uğur barədə istintaq başladıb.

OLAY yazır ki, buna səbəb Uğurun Kahramanmaraş və Hatayda bənd divarlarının partlaması ilə bağlı etdiyi paylaşım olub.

O, “ictimaiyyəti çaşdıran məlumat yaymaq”da ittiham edilib.

Qeyd edək ki, prokurorluq sözügedən xəbəri sosial şəbəkədə paylaşan digər şəxslərə qarşı da araşdırma başladıb.

Məlumat üçün bildirək ki, O. Uğur fəlakətin başladığı ilk gündən zərərçəkənlərə ən çox dəstək göstərən simalardan biridir.