Olay
Olay

Gülşen bu tarixdə hakim qarşısına çıxacaq

Gülşen bu tarixdə hakim qarşısına çıxacaq

İmam Hatip liseyi şadirlərinin ünvanına söylədiyi sözlərə görə “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq”da ittiham olunan müğənni Gülşenin hakim qarşısına çıxacağı tarix müəyyənləşib.  

OLAY yazır ki, məhkəmə ilk iclasın oktyabrın 21-də keçirilməsinə qərar verib.

Gülşen Bayraktar Çolakoğlunun müdafiəsinin də yer aldığı iddianamədə təqsirləndirilən şəxsin 1 ildən 3 ilə qədər həbsə məhkum edilməsi istənilib.

Qeyd edək ki, Gülşen TCK-nın 216-cı maddəsi ilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində avqustun 25-də həbs edilib.

Çolakoğlunun vəkilinin etirazını qiymətləndirən İstanbul 27-ci Ağır Cəza Məhkəməsi 29 avqust bazar ertəsi günü onu “iqamətgahı tərk etməmək” şərti ilə azadlığa buraxılmasına qərar verib.