Əməkdar artist Nigar Şabanova örnək addım atıb.
OLAY yazır ki, sənətçi bu barədə “Səhər mərkəzi” verilişində danışıb. O bildirib ki, zəlzələ bölgəsindən olan bir türk tələbəni müvəqqəti himayəsinə götürüb:
“Mənim xalamın nəvəsi də Türkiyədə təhsil alır. Onlar yataqxanada idi. Birdən yataqxananı boşaltdılar. Burcu orada tibb üzrə təhsil alır. Evlərinə qayıda bilmədi, yollar çox bölünmüşdü. Amma valideynləri də bilmirdi necə olacaq, özləri indi çadırlarda yaşayırılar. Burcu istəyirdi ki, xəstələrə yardım üçün orada qalsın. Hər kəs getdikdən sonra Burcu yataqxanada tək qaldı. Xalam nəvəsi də söylədi ki, o, tək qalıb. Mənim də ürəyim götürə bilməzdi. Yollar bölündüyü üçün ora heç bir nəqliyyat işləmirdi. Mən boynuma götürdüm ki, gəlsin. Nə qədər ki, ora yaxşılaşacaq, təhsil alma imkanı yenidən yaranacaq burada qalsın. O zaman mən gətirdiyim kimi də ailəsinə təhvil verəcəm. Mənim qapım hər kəsə açıqdır. Buradan da deyirəm ki, kim istəsə, gəlməklərini boynuma götürərəm, hər şərait yaradaram”.