Türkiyənin məşhur şoumeni Okan Bayülgen Bakıda başına gələn hadisədən danışıb.
OLAY yazır ki, bu barədə o, “Okan Bayülgen ilə uykusuzlar kulübü” proqramında bildirib.
Bayülgen azərbaycanlıların zərif olduğunu qeyd edərək onunla şəkil çəkdirmək istəyənlərin təqibinə məruz qaldığını açıqlayıb:
“İnsanları çox zərif və şirindir. Çox möhtəşəm insanlardır. Bakıda iki nəfər məni izləməyə başladı. Bir müddət sonra tərəddüd etməyə başladım. Küçəni dönən kimi geri çevrildim. Gördüm ki, uzun yol boyunca mənim arxamca gəldilər. Çevirilib dedim ki, nə var? Dedilər ki, narahat etmiriksə, bir şəkil çəkdirə bilərik? Çox zərif insanlardır. Bunun üçün neçə dəqiqə arxanca gəlmək olarmı?”