Fotosessiya
Fotosessiya

“Dünyamızdan yalnız sevgi səsləri gəlsin”

“Dünyamızdan yalnız sevgi səsləri gəlsin”

Müğənni Dilarə Kazımova yeni fotolarını izləyicilərlə bölüşüb.

OLAY yazır ki, sənətçi şəkilləri instaqram hesabında izləyicilərlə bölüşüb.

İfaçı paylaşımında dünyamıza xoşbəxtlik arzuladığını bildirib.

“Dünyamızdan yalnız xoşbəxtlik, sevgi, dostluq, bərabərlik səsləri gəlsin. Bütün neqativ hadisələr bizlərdən uzaq olsun. Həyat davam edir, etdiyimiz səhv addımların gələcəkdə böyük fəsadlara yol açmaması üçün hər işə məsuliyyətlə yanaşmaq lazımdır. Məsuliyyətli olaq, dünyamızı sevək!”, - deyə, Kazımova qeyd edib.