Fotosessiya
Fotosessiya

“İnsan bir gündə neçə dəfə ölüb-dirilər?!”

“İnsan bir gündə neçə dəfə ölüb-dirilər?!”

“22 il öncə Bakıda heç 1 dəqiqə çəkməyən zəlzələ yaşadım. O anda yaşadığım qorxu və stress bütün həyatımı alt-üst etdi. Tam 22 ildir ki, evdə tək qala bilmirəm. Yanımda tibb bacısı olmadan heç bir yerə gedə bilmirəm. Gecələr yatmaq istəyirəm, qorxu hissi gəlir, səhərə kimi dərmanlarla oyaq qalıram”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Könül Xasıyeva sosial şəbəkə hesabında paylaşıb. Sənətçi yaşadığı çətin günlərdən bəhs edərək Türkiyədə faciə qurbanlarına da başsağlığı verib.

“Yuxunun nə olduğunu demək olar ki, unutmuşam. Getdiyim məclislərdə biri rəqs edərkən təngnəfəs oluram. İzlədiyim filmlərdə xəstəxana epizodlarına baxarkən ürəyim bərk, tez-tez döyünməyə başlayır və nəticədə havam çatmır, boğuluram. İndi bunları yazarkən keçirdiyim hislər belə çox dəhşətlidir. İnsan bir gündə neçə dəfə ölüb-dirilər? 22 ildir belə “yaşayıram”. Bunun adı yaşamaqdırsa...

Bir zəlzələ insanı yalnız cismanı deyil, eyni zamanda mənəvi, ruhən də öldürür. Bütün həyatını alt-üst edir, sinirlərini çökdürür. Nəticədə zamanla əl-ayaq, nitqin tutulur, onurğada “miyelit” xəstəliyi baş verir, çəliyə tutunursan. Sonda da hələlik müalicəsi davam edən problem... Daha dözülməz olanı isə təksən və himayəndə yetkinlik yaşına çatmayan narahat övlad... Qısacası həyatdasan, canlısan, amma bir ölüdən fərqin yox kimi.

Canımız Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. Uca Rəbbim bir daha belə fəlakətlərlə imtahan etməsin. Amin”, - deyə, Xasıyeva fikirlərinə əlavə edib.