Sosial şəbəkə fenomeni Taha Duymazın axtarışları davam etdirilir.
OLAY yazır ki, onun bacısı Semha Duymaz bununla bağlı instaqramda paylaşım edib.
Video yerləşdirən Duymaz bildirib ki, xilasetmə qrupu binanın çökdüyü ərazidə işləri davam etdirir.
Taha isə 8 mərtəbəli binanın 1-ci mərtəbəsində dağıntılar altında qalıb. Beş gündür ondan xəbər alına bilmir.