Bir neçə gündür ailəsi ilə Hatayda dağıntılar altında qalan sosial media fenomeni Taha Duymazın yaşadığı iddia edilib.
OLAY yazır ki, bu barədə məşhur aşpaz CZN Burak paylaşım edib. Bildirilib ki, onların yaşadığı bölgəyə təcili yardım lazımdır.
Qeyd edək ki, bir neçə gün öncə bacısı Tahanın ailəsi ilə birlikdə dağılan binanın altında qaldığını bildirmişdi.
Onu da bildirək ki, influenser sosial mediada paylaşdığı yemək videoları ilə məşhurlaşıb.