Bu gün müğənni Günay İbrahimlinin 32 yaşı tamam olub.
OLAY yazır ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
İfaçı Türkiyədə yaşanan hadisələrlə bağlı ad gününü qeyd etməyəcəyini bildirib:
“İllər və hadisələr bizi sürətlə dəyişir. Ətrafımızda baş verənlər fərqində olmadan üzərimizdə təsir buraxır. Normalda doğum günümü sevdiyim insanların, dostların, doğmaların əhatəsində qeyd etməyi sevirəm. Amma qardaş Türkiyədə baş verən bu faciəvi hadisədən sonra vicdanım buna ǝl vermir. Minlərlə insanlar həlak olub, dağıntı altında xilas olunmağı gözləyənlər, evsiz, yuvasız qalanlar var....
Milyonlarla insanlar səfərbər olub. Bu baş verən hadisələr məni yaşımdan daha çox böyütdü. Dünya, təbiət qarşısında necə aciz, zəif olduğumuzu daha dərindən dərk etdim. Amma üzərində qururla, ǝdayla gəzirik, sanki biz var idik, dünya bizim üzərimizə yaranmış kimi... Diqqət göstərən, təbrik edən bütün hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun”.