Müğənni Nura Suri onu sosial şəbəkələrdə təhqir edən şəxsi polisə verib.
OLAY yazır ki, bu barədə o, instaqramda video paylaşıb. Nura deyib ki, sözügedən sosial şəbəkə istifadəçisi onu şərh bölməsində və “inbox”da təhqir edib:
“Azərbaycan polisinə, Bakı Şəhər Baş polis idarəsinə belə tez müraciətə baxıb, operativ işləyib, məni narahat edən şəxsi tapdıqları üçün təşəkkür edirəm. Dünən müraciət etmişdim, bu gün izahat yazdım. Artıq həmin adamı tapıblar. Sosial şəbəkələrdə, haqqımda yazılan bütün xəbərlərdə və səhifəmdə şərh bölməsində, həmçinin “inbox”da məni təhqir edən xanımı tapdılar. Heç onu tanımıram. İzahatımı yazdım cavab gözləyirəm”.