Media
Media

Nuranı narahat edən şəxs cinayətkar çıxdı

Nuranı narahat edən şəxs cinayətkar çıxdı

Müğənni Nura Suri cinayətkar tərəfindən narahat olunduğunu iddia edib.  

OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat verib. Sənətçinin sözlərinə görə, həmin şəxs şikayətindən sonra polis tərəfindən saxlanılıb:

“Başıma xoş olmayan hadisə gəlib. Bir insan məni çox narahat edirdi. Uzun danışıb vaxtınızı almaq istəmirəm. Bu barədə Daxili İşlər Nazirliyinin feysbuk hesabına yazdım. Operativ olaraq geri dönüş etdilər, ad-soyadımı götürdülər.

Daha sonra Bakı şəhər Baş Polis İdarəsindən zəng gəldi, gedib ərizə yazdım. Həmin insanı tapıblar. Yaxşı ki, tapıblar, cinayətkar imiş. Allah bilir ağlında nə plan var imiş. Operativ şəkildə bu işi araşdıran Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.