Rihanna “Super Bowl” konfransında ET-yə qısa müsahibə verib və karyera və analığı balanslaşdırmaqdan danışıb.
OLAY yazır ki, ulduzun sözlərinə görə, övladı dünyaya gələndən sonra özünə inamı artıb:
“Ana olanda, bütün dünyanı fəth edə biləcəyini, hər şeyi edə biləcəyini hiss edəndə nəsə baş verir”.
Müğənni etiraf edir ki, bəzən oğlunun tərbiyəsinin yaradıcılıq karyerası ilə eyni vaxtda baş verdiyinə inanmaq çətin olur:
“Analıq, “Oskar”, “Super Bowl”, mən hələ də özümü çimdikləməyə çalışıram”.
Qeyd edək ki, Riri 2022-ci ilin mayında sevgilisi Eysəp Rakidən bir uşaq dünyaya gətirib.