Türk məşhurlar zəlzələdə zərər görənlərə yardım etməklə yanaşı, həm də anasız-atasız qalan körpələri sahiblənmək istəyirlər.
OLAY yazır ki, aktrisa Hande Erçelin influenser bacısı Qamze Erçel və həyat yoldaşı Caner Yıldırım da bu barədə instaqramda paylaşım edib. Onlar bildiriblər ki, artıq bunun üçün rəsmi işlərə başlayıb, müraciət göndəriblər.
Bundan başqa, müğənni Petek Dinçöz və həyat yoldaşı Nida Bayraktar da eyni şəkildə uşaqlardan birinin ailəsi olmaq istədiklərini söyləyib.