“Sovetin bəyənmədiyiniz “xruşşovka” evləri belə bizdə 7 bal zəlzələ olanda yararsız vəziyyətə düşmədi”.
OLAY yazır ki, bu sözləri instaqramda Əməkdar artist İlkin Əhmədov paylaşıb. O, Türkiyədəki tikinti şirkətlərini kəskin qınayıb:
“Türkiyədəki bəzi şirkətləri şiddətlə qınayıram. Çünki o daş və armaturdan ev olmaz. İnanıram ki, həmin MTK sədrləri məsuliyyətə cəlb olunacaqlar. Vicdan olmalıdır”.