Müğənni Nura Suri Türkiyədəki zəlzələ ilə bağlı yazdığı müzakirəli statusu haqda paylaşım edib.
OLAY yazır ki, sənətçi fikirlərini feysbukda izləyicilərlə bölüşüb.
“O gün yazdığım statusuma hərə bir don geyindirdi, hərə bir yerə yozdu. Bu gün baxıram ki, hamı mən deyəni başqa formada yazır. İndi jeton düşüb həlǝ, “dang” edib bunlara çatıb demək istədiklərim (daha doğrusu dediklərim).
Belə baxıram ki, mənim beynim bir çoxunun beynindən daha tez və sürətli çalışır. Goruma aparmayacam ha, bu beyindən istifadə edin. Sadəcə “tupoy” adamlardan zəhləm gedir deyə, xırdalamıram heç vaxt. Nə dediyimi və demək istədiyimi başa düşənlər düşür. Düşməyənlərdən isə Allah üz çevirib artıq. Deyir, Allah insandan üz çevirəndə ilk ağlın alır. Bəziləri elə doğulub, ağılsız yǝni…”.
Qeyd edək ki, müğənni ötən gün “Belə həssas bir vaxtda bəlkə düzgün deyil bunları yazmaq, amma düşündükcə pis oluram. Suallar məni boğur. Türkiyədə o qədər hotellər var, zəlzələdə evlərini itirənləri niyə orada yerləşdirmirlər, niyə qalıblar küçədə soyuqda? O qədər xəstəxanaları var, dünyaya göz dağı verə biləcək hərbçiləri, əsgərləri var, niyə onları xilasedici kimi göndərmirlər?” fikirlərini paylaşmışdı.