Fotosessiya
Fotosessiya

“İndi məntiq axtarışına çıxmaq zamanı deyil”

“İndi məntiq axtarışına çıxmaq zamanı deyil”

“Bəzi insanlar yardım edənlərə, yardım toplayanlara ağız büzürlər. Amma anlamırlar ki, zərər çəkənlərin hələ uzun müddət yardıma - uşaq qidalarına, uşaq və qadın təmizlik məhsullarına, bezlərə, it qidalarına və s ehtiyacları olacaq. Bəli, hələ ki, isinmək üçün üst geyimlərinə və adyallara da ehtiyac var! Sadaladıqlarım çox sürətlə tükənən əşyalardır deyə hələ də yardım kompaniyaları davam edir, edəcək, etməlidir”. 

OLAY yazır ki, bu sözləri feybsukda uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova paylaşıb. Türkiyəyə göndərilən yardımlardan bəhs edən Günel bu kampaniyanın davam etdirilməli olduğunu vurğulayıb:

“Bəli, Türkiyə özü tekstil istehsal edən ölkədir və gördüyüm qədərilə istehsalçılar da yardımlar edirlər. Amma insan sayı, zərərçəkən sayı 10 minlərlədir. İnsanların belə anlarda yardıma qaçmağı çox gözəldir! Oturub “xeyir ola, şirkətlər etsin də mən niyə edirəm” və ya “dövlət özü öhdəsindən gəlsin də” demədikləri üçün insandılar. Bunu dərk edə bilməyənlər də var, gördüyüm qədərilə… Bu an ondan bundan ummaq və tələb etmək, məntiq axtarışına çıxmaq zamanı deyil. Bu an sadəcə insanlıq göstərmək zamanıdır. İnsanların insana, psixoloji dəstəyə, kurtkanın cibindən çıxan “qorxmayın, ürəyimiz sizinlədir” məktublarına da ehtiyacları var. Bir də ki, hadisə hələ indi baş verib! Mən əminəm ki, hotellər də qapılarını açacaqlar, insanlar evakuasiya da olunacaqlar. Bu bir iki sutkanın işi deyil. Yardımı fakt səfirliklər qəbul edir. Hətta burada, Nyu-Yorkda da yardım toplanır onlar üçün. Bu normaldır”.

Qeyd edək ki, müğənni Nura Suri ötən gün “Belə həssas bir vaxtda bəlkə düzgün deyil bunları yazmaq, amma düşündükcə pis oluram. Suallar məni boğur. Türkiyədə o qədər hotellər var, zəlzələdə evlərini itirənləri niyə orada yerləşdirmirlər, niyə qalıblar küçədə soyuqda? O qədər xəstəxanaları var, dünyaya göz dağı verə biləcək hərbçiləri, əsgərləri var, niyə onları xilasedici kimi göndərmirlər?” fikirlərini paylaşmışdı.