Fotosessiya
Fotosessiya

“Canın çıxsın, pul yüklə ki, donmayasan”

“Canın çıxsın, pul yüklə ki, donmayasan”

Müğənni Pərvin Lətifov “Azəriqaz” İstehsalat Birliyinin operatorlarından şikayətlənib.

OLAY yazır ki, bu barədə sənətçi feysbuk hesabından paylaşım edib.

“Operatorlarınıza nə zaman danışmaq öyrədəcəksiniz? Öz dili ilə deyir ki, 2023-cü ildə 3 dəfə sizin sayğac koda düşüb. Deyirəm ki, dəyişin. Deyir, işləyən sayğacı dəyişmirik. Gecə saat 4-də koda düşür. Canın çıxsın, get karta pul yüklə, qaz gəlsin ki, evdə donmayasan… Adamın da sözü ağzında qalır, telefonu söndürür… Niyə axı, niyə?”, - deyə, Pərvin vurğulayıb.