Fotosessiya
Fotosessiya

“Twitter”in məhdudlaşdırılmasına etiraz etdilər

“Twitter”in məhdudlaşdırılmasına etiraz etdilər

Sənətçilər Cem Yılmaz və Gülse Birsel Türkiyədə “Twitter”in məhdudlaşdırılmasına etiraz edib.

OLAY yazır ki, bu barədə onlar sosial şəbəkədə məlumat paylaşıb.

““Twitter”i dayandırdığınız zaman nə baş verir? Hər şeyi həll edirik? Kömək mərkəzləri paylaşılırdı. Dağıntının altından yardım istəmək üçün tvitlər atılırdı, ünvan verilirdi. Ünsiyyətə ən çox ehtiyac olan günlərdə bu nədir?”, - deyə, Gülse vurğulayıb.

Cem isə “İnsanların həyatını xilas etmək üçün faydalı olacağı halda bu məhdudiyyətin bir izahı var? 3 gün ərzində bir çox faydalarını gördüyümüz halda… Belə bir zamanda?”, - deyə, bildirib.