Aktyor Eşton Katçerin eşitmə problemi olduğu ortaya çıxıb.
OLAY yazır ki, bu barədə “People” jurnalına müsahibəsində danışan sənətçi eşitmə probleminə görə qırmızı xalçada fotoqrafları çətinliklə eşitdiyini etiraf edib.
“Yaxşı eşitmirəm, bir qulağım eşitmir. Adımı kimin qışqırdığını başa düşmürəm və qırmızı xalçada çoxları qışqırır”.
Sənətçi lupus xəstəliyinin kəskinləşməsi səbəbindən qismən kar olduğunu etiraf edib. O, Riz Uizerspunla birlikdə oynadığı “Sənə, yoxsa mənə?” romantik komediyasının premyerasında səhhətindəki problemlərə görə özünü bir az qəribə apardığını açıqlayıb.