Fotosessiya
Fotosessiya

Bülent Ersoy Röyayla eyni libasda

Bülent Ersoy Röyayla eyni libasda

Bülent Ersoy ötən günlərdə səhnə aldığı məkanların birində geyimi ilə xüsusi diqqət çəkib.

OLAY yazır ki, sənətçi daha əvvəl Xalq artisti Röya Ayxanın geyindiyi libasın eyni modelindən istifadə edib.

Hər iki paltarın dizaynı Gülşah Saraçoğluna aiddir. Ersoyun fotolarını da Saraçoğlu sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, sözügedən cəsarətli libası Röya “Ağla” klipində geyinmişdi. R. Ayxandan fərqli olaraq Ersoy paltarın ayaq hissəsindəki dərin yarığı bağlamağı seçib.

Məlumat üçün bildirək ki, həmin libasın bənzərini müğənni Xatun Əliyeva da geyinmişdi. Onun paltarı isə yerli atelyelərdən birində hazırlanılmışdı.