“Yargı” serialının aktyoru Uğur Aslanın da ailəsi dağıntılar altında qalıb.
OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesabında video paylaşıb. O bildirib ki, qardaşı və onun ailəsi hazırda yardım gözləyirlər:
“Çox pis bir gün keçiririk. Hatayla bağlı hekayədə bir çox sual var. Qardaşım, gəlinbacım və onların uşaqları dağıntılar altındadırlar. Biz artıq onları itirdiyimizi düşünürük. Çünki onlara müdaxilə edilə bilmir. Oradakı bəzi problemlərlə əlaqəlidir. Ora yardım aparılmasında da bəzi problemlər olduğu söylənilir. Ümidvaram ki, qalanlarla bağlı bir xilasetmə prosesi aparılar. Hər kəs sağlamlığına qovuşar. Qardaşımın uşaqları ilə əlaqə yarada bilirəm. Bunu da çox nadir hallarda edə bilirik. Ailəmin dediklərinə görə insanlar öz hesabına yaxınlarını xilas etməyə çalışırlar”.