Fotosessiya
Fotosessiya

“Türkiyədə zəlzələni süni yarada bilərdilərmi?”

“Türkiyədə zəlzələni süni yarada bilərdilərmi?”

Müğənni Elnarə Xəlilova Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi sosial şəbəkə hesabında alim Nikola Teslanın ilk süni zəlzələ təcrübəsi haqda yazıya reaksiya verib.

“Bununla bağlı bir fikri olan varmı? Sizcə də Türkiyədə zəlzələni süni yarada bilərdilərmi? Əgər həqiqətən də belədirsə, Allah bu zülmü götürməz. Allah tezliklə cinayətkarların bəlasını versin, amin”, - deyə, Xəlilova qeyd edib.

Məlumat üçün bildirək ki, Tesla Nyu-Yorkdakı laboratoriyasında keçirdiyi təcrübədə Rixter şkalası üzrə 5 bal gücündə süni zəlzələ yarada bilmişdi. Lakin daha sonra bunun qorxulu və lazımsız olduğu deyilərək rədd edilmişdi.