Aktrisa Oksana Rəsulova oynadığı “Yad qadının məktubu” tamaşası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, oyundan fotolar paylaşan sənətçi izləyiciləriylə təəssüratlarını bölüşüb:
“Dünən mənim yaradıcı həyatımda əlamətdar gün idi. Mən sanki yenidən doğuldum, yeni duyğular yaşadım, yeni təcrübə qazandım, yeni hisslər keçirtdim. Teatrda 2-ci tamaşam oldu”.