Fotosessiya
Fotosessiya

Aktyordan Nazirliklə bağlı tənqidi status

Aktyordan Nazirliklə bağlı tənqidi status

Aktyor Kamran Ağabalayev Mədəniyyət Nazirliyi ilə bağlı tənqidi status yazıb.

OLAY yazır ki, bu barədə o, feysbukda paylaşım edib.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə nazir təyin olunmuşdu, ya olunmamışdı? Nəsə yadıma gəlir, olunmuşdu elə bil. Belə baxıram, deyəsən, olunmayıb?! Ya da varlığı ilə yoxluğu bilinmir, elə bundan öncəki nazirlər kimi. Yəqin prioritet deyil”, - deyə, aktyor vurğulayıb.