Xalq artisti Röya Ayxan 70 yaşlı pərəstişkarını paylaşıb.
OLAY yazır ki, estrada ulduzu sosial şəbəkələrdə onun “Dəli kimi” konserti ilə bağlı şərh paylaşan Südabə Məmmədovaya biganə qalmayıb.
Belə ki, müğənni S. Məmmədovanın “Çox möhtəşəm idi. Şəkil çəkdirə bilməsəm də. Doğrusu utandım. Səhnədən düşdü, birinci bizim sıramıza yaxınlaşdı. Bir gənc oğlan gül verdi. Əl uzatsam, əlim əlinə dəyəcəkdi. Eybi yox. Mənə bu yaşımda o möhtəşəm konsertə tamaşa etmək bəs idi. Allah mənə ömür versə, sentyabrda görüşərik. Röya, siz mənim ürəyimsiz” rəyinə instaqramda reaksiya verib.
Fanatının şərhini görən R. Ayxan hekayə bölməsində bu sözləri qeyd edib:
“Çox təəssüf etdim. Kaş mən sizi görəydim, özüm yaxınlaşıb qucaqlaşardım. İnanın ki, sizin mənə olan bu sevginiz güldən və hədiyyədən qat-qat dəyərlidir. Südabə xala, sizi sentyabr konsertində xüsusilə gözləyəcəm. Allah sizə ömür versin. Şadam ki, məni bu cür qarşılıqsız sevənlər var”.