Fotosessiya
Fotosessiya

“Samirəylə aramızı vururdular”

“Samirəylə aramızı vururdular”

Müğənnilər Nigar Camal və Samirə Əfəndi barışandan sonra ilk dəfə “Səhər mərkəzi” proqramında qonaq olublar.

OLAY yazır ki, sənətçilər barışmaqlarının pərdəarxasından danışıblar. Nigar aralarındakı problemin səbəbini belə izah edib:

“Biz küsülü deyildik, ancaq aramızı vururdular. Bizdə hər şeyi şişirtməyi sevirlər. Mən bildim ki, biz danışmasaq, bu, illərlə belə davam edəcək. Necə ki, 2017-ci ildə “Altın Kelebek” var idi. Mən oturan kimi ya Röyadan sual verirlər, ya “Gucci”, Şəbnəm barədə sual verirlər. Üçüncü də Samirə idi. Ən yaxşısı sakit şəkildə barışmaq idi. Bir masada oturmuşduq onsuz da...

Samir Bayramlının proqramında olan kimi haqqımda xəbərlər çıxır. Sual verdilər ki, ilk 10-luqda, ilk 5-likdə görürsən? Mən xətrinə dəymək istəmirdim. Dedim ki, yox. Sonradan mənə dedilər ki, Samirə tez inciyəndir. Bu ildə gedəcəklər, inanırsınız, yenə deyəcəyəm, bir dənə də qalmaqal gələcək. Bu dəfə yəqin Eldarla – çünki orada işləyir. Mən öz fikrimi demişdim. Mənim vaxtımda nələr yazmırdılar – əsasən də mənimlə bağlı -  “Finala keçməyəcəklər!”, “Bu, nə mahnıdır?”, “Bu, nə sifətdir?”, “Bu, nə geyimdir?!”... Axırda da salam-aleykum, birinci olduq. Samirəylə barışdıq. Heç bir problem yoxdur”.

Samirə Əfəndi isə incikliyin yaranma səbəbini və aradan qalxmasını belə ifadə edib:

“Nigar nə geyimimi, nə ifamı bəyənməmişdi. Mahnını mən seçməmişdim. Amma dua edirdim ki, o mahnı seçilsin. Çünki digər mahnılar ballada idi. İstəməzdim ki, elə dönəmdən sonra ballada ifa edim. İnsanlar şənlənməli idi. Əfsuslar olsun ki, yenə də Avropa bizi aqressor kimi qəbul edirdi. Mən əlimdən gələni elədim. İnsanlardan da özüm inciyirəm, özüm də barışıram”.

Qeyd edək ki, müğənnilər Xalq artisti Aygün Kazımovanın ad günündə barışıblar.