Keçmiş “Model” qrupunun üzvü Fatma Turgutun başına iş gəlib.
OLAY yazır ki, sənətçi bir fanatı tərəfindən narahat edildiyini bildirib. Bu barədə tvit paylaşan ifaçı deyib ki, həmin pərəstişkarı xanımdır:
“Mənim də mahnıları ilə böyüdüyüm simalar var. Ağlıma gələn vaxtda onlara zəng edib narahat edirəm? Bundan sonra ifşa edəcəyəm. Başqa bir nömrədən də mesaj göndərsəniz, şikayət edəcəyəm”.