Son günlər görüntüsü ilə müzakirə obyektinə çevirilən dünyaca məşhur ingilis müğənni Sem Smit görüntüsü haqda danışıb.
OLAY yazır ki, o, artıq xoşbəxt olduğunu bildirib:
“Hər dəfə hovuza girəndə özümü narahat hiss edirdim, üst geyimimi çıxarmaq istəmirdim. İndi isə əksini edirəm. Möhtəşəm görünürəm, nəhayət qaralmışam. Heç vaxt yanmadığım yerlərdə yanmışam”.
“Anam deyir ki, yaşlandıqca insanların nə düşündükləri ilə maraqlanmağı dayandırdım. O, haqlıdır”, - deyə, Sem sözlərinə əlavə edib.
Qeyd edək ki, sənətçi bu yaxınlarda bildirmişdi ki, məktəbə qadın geyimi ilə gedib, makiyaj edirmiş, lakin Londona köçdükdən sonra daha kişisayağı geyinməyə başlayıb.