Fotosessiya
Fotosessiya

“Prezident 6 milyon ayırmışdı, basıb yedilər”

“Prezident 6 milyon ayırmışdı, basıb yedilər”

“Serialın PR məsələsi ilə Azər Aydəmir məşğul olmalı deyil. Dünyada bu işi görmək üçün əvvəlcədən komanda ayrılır. Tapşırılır ki, siz layihə çıxmadan bunun PR-ı ilə məşğul olmalısız. Bundan əlavə yaxşı qrim, kostyumer, yaxşı operator, hər şey yaxşı olmalıdır”.

OLAY yazır ki, bu sözləri “Dikdaban” verilişində qonaq olan aktyor Hikmət Rəhimov baş rolunda oynadığı “Əqrəb mövsümü” serialından danışarkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev serial sənayesinə dəstək versə də, ayrılan məbləğlər müəyyən şəxslər tərəfindən mənimsənilib:

“Bizim bəh-bəhlə baxdığımız filmlərin büdcəsi qeyd olunur ki, hansı məbləğə başa gəlir. Həmin pulları da bilirik ki, nə qədərə çəkilir. Yadıma gəlir ki, bir neçə il bundan əvvəl Prezident sırf serial üçün büdcə ayırdı. Basdılar yedilər, serial da üzə çıxmadı. Görürlər ki, iş getmir, niyə büdcə ayırmalıdırlar ki? Haradasa 6 milyon manat pul idi, serialların inkişafına hissə-hissə bölünməsi üçün idi. O pul nə bölündü, nə də bir şey edildi. Kiminsə əlinə düşdü, birini bilirəm kimdir. 6 milyon serial sektoru üçün Azərbaycanda pis pul deyildi. Ayırdılar ki, özünüzə gəlin, dirçəlin. Burada da kimsə götürdü pulu cibinə qoydu, özünü dirçəltdi. Ona görə dirçəlmədi”.