2007-2009-cu illərin məşhur serialı “Dudaktan kalbe”nin ulduzu Aslı Tandoğan etirafı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi sözügedən layihənin çəkilişləri zamanı psixologiyasının pozulduğunu bildirib.
“Ona çəkildikdən sonra psixologiyam korlanmışdı. Çəkilişdə bütün səhnələrdə ağlayırdım. Ağlamamalı olduğum məqamlarda da ağlayırdım. Lazım olan yerdə isə ağlaya bilmirdim. Rejissor buna görə mənə əsəbiləşirdi. Hələ də izləyirəm”, - deyə, Aslı qeyd edib.