Səhhətində problem yaranan Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb.
Bu haqda OLAY-a sənətçinin özü məlumat verib. Aktrisa hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:
“Çox sağolun, hər şey yaxşıdır. Xəstəxanadan çıxmışam, evdəyəm. Əməliyyat barədə demək istəmirəm, o mənə aid olan bir şeydir. Bəzi problemlərim var idi, aradan götürüldü, vəssalam. Özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, bir neçə gün öncə Allahverdiyevanın həyat yoldaşı sənətçinin sinəsindən əməliyyat keçirdiyini və xəstəxanada olduğunu vurğulamışdı.