Fotosessiya
Fotosessiya

“Anamın sonuncu sıradan bilet almağa pulu çatdı”

“Anamın sonuncu sıradan bilet almağa pulu çatdı”

“Konsertlə bağlı anam məni, mən də anamı təbrik etdim. Ona dedim ki, ilk dəfə səndən məni 10 yaşım olanda Zeynəb Xanlarovanın Heydər Əliyev Sarayındakı konsertinə aparmağını istədim. Anam cavab verdi ki, səni aparacağam. O,  mənə ən sonuncu sırada bilet aldı. Çünki onun pulu ora çatmışdı”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan instaqram hesabında paylaşdığı videoda qeyd edib. Sənətçi solo konsertində sonuncu sırada əyləşən tamaşaçılar üçün ikinci səhnənin qurulmasının səbəbini açıqlayıb:

“Konsert günü Heydər Əliyev Sarayınnı pilləkənlərində səhnəyə doğru qaçaraq Zeynəb Xanlarovaya baxdım, sonra anama dedim ki, ana, o da sənin kimi üzünə krem vurur. İndi isə anama deyirəm ki, 2005-ci ildən bu günə qədər ən uzaqda əyləşən tamaşaçının yanına gedirəm. Çünki mən o günü xatırlayıram.

Sənin imkanın olmadı, ən uzaqda olan bileti aldın. Mən oraya artıq özüm qaça-qaça gedirəm, o, yuxarı mərtəbələrə… Çünki orada uşaqlıq xatirələrim var. Ona görə də hər kəsə təşəkkür etmək istəyirəm. Unutmayın, siz harada olsanız, mən oradayam”.