“Masumlar Apartmanı” serialının “Han”ı Birkan Sokullu şəxsi həyatı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, iki ildir Eda Gürkaynak ilə sevgili olan aktyor evliliyə müsbət baxdığını söyləyib:
“Eda ilə bir-birimizə çox uyğunuq. Ailəsi ilə də aramız çox yaxşıdır. Evliliklə bağlı hansısa neqativ düşüncəm yoxdur. Bir gün Eda ilə evlənməyə qərar versək , bunu reallaşdırmaqdan çəkinmərik”.
Qeyd edək ki, B. Sokullu daha əvvəl həmkarı Aslı Enverle evli olub.