Kanadalı reper Dreykin Los-Ancelesdə yerləşən malikanəsi qarət edilib.
OLAY yazır ki, naməlum şəxs ifaçı evdə olmayan vaxt villaya daxil olub. Onun malikanədən nə oğurladığı barədə isə məlumat verilməyib.
Oğru hadisəni törətdikdən bir saat sonra polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, ötən ilin iyulunda da 23 yaşlı şəxs Dreykin evinə daxil olmağa çalışmışdı.