Fotosessiya
Fotosessiya

Çinarə nişanlısı ilə toylarından danışdı

Çinarə nişanlısı ilə toylarından danışdı

Evlənməyə hazırlaşan aparıcı Çinarə Əliyeva nişanlısı ilə efirdə qonaq olub.

OLAY yazır ki, Çinarə anası və nişanlısı Ruslan Rəsulla birgə “Qonağın qonağı” proqramında iştirak edib. Cütlük birlikdə toy tarixlərindən və evlilik prosesindən danışıb:

“Bu yaya toy etmək istəyirik. Məhərrəmlik ayından öncə olacaq. Mən artıq ər evinə köçəcəm. Yeni inşa etdirdiyim bağ evi də biz ikimizindir. Əslində o, həm də anamın arzusu idi.

Ruslanın evi var, amma yeni mənzil axtarırıq. Mən böyük toy etmək istəyirəm. Ruslan deyir ki, ancaq cavanlar olacaq, yaşlı nəsil olmasın. Haradasa 100-150 nəfər olsun. Onlar da gəlib təbrik edib, getsinlər. Əsas həmkarlarım, müğənnilər olacaq, bir də həkimlər. Xınayaxdı mərasimi etmək istəmirəm. Ruslan isə deyir ki, et. Çünki hər dəfə xınada olduğum üçün yorulmuşam. Parti tərzi etmək istəyirəm. Həm də xına aparanlar hamısı dostumdur. Məsələn, xınanı Naziləyə versəm, Fatimə inciyəcək, Fatiməyə də versəm, Xəyalə inciyəcək. Ona görə heç birinin xətrinə dəymirəm. Bağda bir parti edib, öz xınamı özüm yaxacam. Xətirlərinə dəymək istəmirəm, hamısı dostlarımdır.Bir gündə 3 xına aparanı da çağırmağım düzgün deyil. Həm də bir-biriləri ilə danışmayanları da var”.