Türk aktyor Oktay Kaynarca növbəti ad gününü qeyd edib.
OLAY yazır ki, 58 yaşı tamam olan sənətçiyə “Ben bu cihana sığmazam” serialının çəkilişi zamanı sürpriz ediblər.
Ad günü tortunda indiyə qədər rol aldığı seriallardan, filmlərdən kadrlar və fotoları olan aktyor özünü 38 yaşında kimi hiss etdiyini söyləyib.
Qeyd edək ki, O. Kaynarca yaddaşlarda Süleymçan Çakır obrazı ilə iz qoyub. Onu daha sonrakı illərdə rol aldığı “Adanalı”, “Eşkiya dünyaya hükümdar olmaz” kimi layihələr daha da populyarlaşdırıb.