Olay
Olay

“Eşkiya” ulduzlarından polisə şikayət

“Eşkiya” ulduzlarından polisə şikayət

Bir il öncə “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının komandasına oteldə hücum edib, təhqirlər səsləndirən 8 nəfərin məhkəmə işindən xəbər var. Belə ki, istintaq prosesində serial aktyorlarının da ifadə verdiyi məlum olub.

OLAY yazır ki, sözügedən ekran işinin baş rol ifaçısı Oktay Kaynarca 2 şəxsin özünü və iş yoldaşlarını təhdid etdiyini, onlara qarşı təhqiramiz sözlər söylədiyini bildirərək şikayətçi olub.

Kaynarcadan başqa Burçak Çataklı, Yunus Emre Yıldırımer, Bercin Aydoğan, Gülcan Sarı və Revfik Erman Kutlu da danışdırılıb.

Məşhur aktyor deyib ki, o, oteldə aşağı mərtbədə olsa da, dostlarının kömək istədiklərini eşidərək yuxarı çıxıb:

“Adlarını olaydan sonra öyrəndim. Demə, Arif və Şiar adlı şəxslər sərxoş imişlər. Yuxarı çıxanda məni hədələyib, təhqir etdilər. Əvvəlcə təmkinli davranıb, məsələni bitirməyə çalışdım. Bir az sakitlik olduqdan sonra aşağı düşdüm. İki nəfərdən başqa kimsənin mənə və dostlarıma qarşı pis hərəkəti olmayıb. Həmin şəxslərin “Sizin serialda etdiklərinizi, biz real həyatda edirik” sözlərini eşitdim. Hadisədən çox vaxt keçib, ona görə dedikləri tam yadımda qalmayıb. Bu hadisə baş verdiyi zaman sözügedən şəxslərə qarşı hansısa qeyri-etik davranışım, yaxud da sözüm olmayıb. Yalnız polis gələndə hadisəni danışdım. Onlardan şikayətçiyəm”.

Sözügedən şəxslərin 4 ildən 13 ilə qədər həbsi istənilib.