Dünyaca məşhur reper Doca Kət növbəti dəfə obrazı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi Paris Moda Həftəsi çərçivəsində keçirilən “Viktor and Rolf” dəfiləsində iştirak edib.
Doca qaşlarına, dodaqlarının üstü və çənəsinə yapışdırılmış kirpiklərlə diqqətləri üzərinə toplamağı bacarıb.
Qeyd edək ki, reper “Schiparelli” dəfiləsində də 30 min “Swarovski” daşdan hazırlanmış obrazı ilə gündəmə gəlmişdi.