Model Ceremi Ruelman 27 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə “The New York Post” məlumat yayıb. Qeyd olunub ki, modelin ölüm səbəbi açıqlanmayıb.
Model Superdry brendinin siması idi, Kristian Siriano ilə yanaşı, GQ və Playhouse Magazine üçün rol alan Perry Ellis və modelyer Con Varvatos brendləri ilə çalışıb.
Ölümündən bir neçə gün əvvəl o, Tommy Hilfiger brendi üçün çəkilişdən fotolar yayımlayıb.