Star TV-də yayımlanan, Azərbaycanda da kifayət qədər populyar olan “Yalı çapkını” serialının ulduzu yeni fotosessiyası ilə diqqət çəkib.
OLAY yazır ki, ekran işində “Esme” obrazına həyat verən Sezin Bozacı roluna zidd olan obrazda kamera qarşısına keçib.
S. Bozacının fotolarını Emre Goloğlu lentə alıb. Aktrisa həmin şəkilləri instaqram hesabında paylaşıb.