Fotosessiya
Fotosessiya

Eks-qayınanasını görməmək üçün hasar çəkdirir

Eks-qayınanasını görməmək üçün hasar çəkdirir

Müğənni Şakira Jerard Pikedən ayrıldıqdan sonra malikanəsi ilə keçmiş qayınanasının evi arasında divar çəkir.

OLAY yazır ki, ifaçının evinin ərazisində betonqarışdıran maşın işə başlayıb.

Qeyd edək ki, Şakiranın İspaniyadakı mülkü keçmiş qayınanasının evinin yanında yerləşir və müğənni onun mülkünü hasarlamağa çalışır.

Xatırladaq ki, bundan əvvəl Şakira futbolçu Pikenin anasının evi ilə üzbəüz eyvana böyük cadugər gəlinciyi qoymuşdu.