Əməkdar artist Bəhram Bağırzadə son günlər sosial şəbəkədə gündəm olan “rayonlu-şəhərli” söhbətiylə bağlı açıqlamasına aydınlıq gətirəcək.
OLAY yazır ki, bu haqda o, instaqramda məlumat paylaşıb.
“Elə indicə Həmid Həmidovun “Gəlin danışaq” verilişinin çəkilişləri başa çatdı. Beş ildən sonra yenidən görüşdük. Biz milyonlarla baxış toplayan və beşinci gündür ki, planetin bütün KİV-lərində müzakirə olunan səs-küy salmış video haqqında danışdıq. Həmidin dəvəti ilə görüşməyə, danışmağa və hər şeyə aydınlıq gətirməyə razılaşdım. İki günə hər şeyi biləcəksiniz! Gözləyin!”, - deyə, Bağırzadə bildirib.