Əməkdar artist Bəhram Bağırzadə dörd il sonra “rayonlu-şəhərli” açıqlamasının gündəmə gətirilməsinə münasibət bildirib.
Məşhur aktyor OLAY-a açıqlamasında qeyd edib ki, insanların fikirlərinə reaksiyasız qalmaq niyyətindədir:
“Mən hazırda müalicədəyəm. Kiməsə nəsə demək fikrim yoxdur. Sözümü demişəm, əgər insanlar özlərini dəyişmək istəmirlərsə, onların problemidir. Qoy, nə istəyirlərsə, etsinlər”.
Qeyd edək ki, Bağırzadə açıqlamasında “Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, - deyə, vurğulamışdı.