Fotosessiya
Fotosessiya

Rihannadan sevgililər günü fotosessiyası

Rihannadan sevgililər günü fotosessiyası

Barbadoslu müğənni və iş xanımı Rihanna alt paltarı brendi olan Savage X Fenty-nin Sevgililər Günü kolleksiyasını şəxsən təqdim edib. 

OLAY yazır ki, sənətçi fotosessiyadan kadrları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

İnstaqramda ifaçının idman top dəstində poza verdiyi reklam kampaniyasından kadrları yerləşdirilib. 

Məlumdur ki, yeni kolleksiyada təkcə idman dəstləri deyil, həm də alt paltarı, pijama, xalat və ev üçün geyimlər yer alacaq.