Xalq artisti Brilliant Dadaşova ötən gün dünyasını dəyişən əfsanəvi gürcü sənətkarı Vaxtanq Kikabidzedən yazıb.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Mərhumla fotolarını səhifəsində yerləşdirən müğənni kədərli olduğunu bildirib:
“Səsini sevdiyim, musiqiləriylə, oxumaq mədəniyyətiylə qəlbimdə yaşayan görkəmli insan, böyük ürək sahibi, əvəzolunmaz Vaxtanq Kikabidze bu gün dünyamızı tərk etdi. Bu vəfasız dünya daha bir dühasını yola saldı. Kədərimiz sonsuzdur”.